Xəzər Xəbər

TƏBİB-dən vacib açıqlama: Bu şəxslərə 2-ci doza vurulmayacaq

TƏBİB: Vaksinin 1-ci dozasında ciddi anafilaktik şok müşahidə olunan şəxslərə 2-ci doza vurulmur
Gündəm | 10:27 • 5 May 2021
TƏBİB-dən vacib açıqlama: Bu şəxslərə 2-ci doza vurulmayacaq

"Koronavirus əleyhinə vaksinin 1-ci dozasında ciddi anafilaktik şok müşahidə olunan şəxslərə 2-ci doza vurulmur". 

XəzərXəbər xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, baş ağrısı, üşütmə, qızdırma, halsızlıq, əzələ ağrısı kimi yüngül simptomların olması isə normal qəbul edilir: "Bu kimi hallar 2-ci dozaya əks göstəriş sayılmır. Vaksinasiya strategiyasına uyğun olaraq yanvarın 18-dən Azərbaycanda koronavirus əleyhinə vaksinasiya prosesi başlayıb, ciddi anafilaktik reaksiyaların olması müşahidə edilməyib".

Qeyd edək ki, hazırda Azərbaycanda COVID-19 əleyhinə Çinin "Sinovac" şirkətinin  istehsalı olan "Coronavac" və İngiltərənin Oksford Universitetinin istehsalı olan "Vaxzevria” vaksinindən (istehsalçı şirkət “AstraZeneca“) istifadə olunur./apa

Xəbər lenti