Xəzər Xəbər

David Zalkaliani: Azərbaycana səfər etməkdən məmnunluq duyuram

Gündəm | 10:14 • 5 May 2021
David Zalkaliani: Azərbaycana səfər etməkdən məmnunluq duyuram

"Gürcüstanın hökümət başçısı İrakli Qaribaşvili ilə Azərbaycana səfər etməkdən məmnunluq duyuram".

Bunu Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani Bakıya rəsmi səfəri ilə bağlı özünün “Twitter” hesabında etdiyi paylaşımında qeyd edib.

O bildirib ki, səfər çərçivəsində baş tutacaq yüksək səviyyəli görüşlərdə, həmçinin aparılacaq danışıqlarda Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlığın gücləndirilməsi və müxtəlif sferalarda əməkdaşlığın intensivləşdirilməsi yolları müzakirə ediləcək./Apa

Xəbər lenti