Xəzər Xəbər

Hərbi qulluqçularımız Türkiyədə keçirilən kursu müvəffəqiyyətlə bitiriblər

Gündəm | 12:56 • 25 Aprel 2021
Hərbi qulluqçularımız Türkiyədə keçirilən kursu müvəffəqiyyətlə bitiriblər

Azərbaycan ilə Türkiyə arasında imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları qardaş ölkənin Sparta şəhərində keçirilən komando kursunu müvəffəqiyyətlə bitiriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, bu münasibətlə keçirilən mərasimdə əvvəlcə Türkiyə və Azərbaycan Respublikalarının Dövlət himnləri səsləndirilib.

Çıxış edənlər kursu müvəffəqiyyətlə bitirən məzunları təbrik edərək hər iki ölkə arasında mövcud olan hərbi əməkdaşlığın və keçirilən kursun əhəmiyyətindən danışıblar.

Mərasimdə məzunlar adından çıxış edən kurs birincisi leytenant Elsevər Əliyev ən çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirməyə hazır olduqlarını bildirib.

Kurs birincisi tərəfindən xatirə lövhəsinə buraxılış emblemi vurulub, məzunlara sertifikat və hədiyyələr təqdim edilib.

Sonda məzunların tribuna önündən təntənəli keçidi olub, xatirə şəkli çəkdirilib.

 

Rubrikanın digər xəbərləri

Qazaxın 4 kəndi ilə bağlı protokol
Qazaxın 4 kəndi ilə bağlı protokol İMZALANDI
23:53 • 15 May 2024
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə gəlib
23:40 • 15 May 2024
Lukaşenko Azərbaycana dövlət səfərinə
Lukaşenko Azərbaycana dövlət səfərinə gəlir
19:50 • 15 May 2024
Bakıda "Fintex Summit 2024" ilk gününü
Bakıda "Fintex Summit 2024" ilk gününü YEKUNLAŞDI
19:30 • 15 May 2024
Əfv Komissiyasının növbəti
Əfv Komissiyasının növbəti iclası keçirilib
17:55 • 15 May 2024
Separatçıların həbs müddəti
Separatçıların həbs müddəti UZADILDI
17:30 • 15 May 2024
Şuşada üçüncü yaşayış kompleksindən
Şuşada üçüncü yaşayış kompleksindən YENİ XƏBƏR
16:55 • 15 May 2024

Xəbər lenti