Xəzər Xəbər

TƏBİB-dən koronavirusa yoluxanlara və həkimlərə vacib müraciət

Gündəm | 10:26 • 6 Aprel 2021
TƏBİB-dən koronavirusa yoluxanlara və həkimlərə vacib müraciət

TƏBİB "COVİD-19" xəstələri ilə çalışan həkim heyətinə və bu infeksiyaya yoluxmuş şəxslərə müraciət edib.

TƏBİB-dən XəzərXəbər-ə verilən xəbərə görə, son dövrlər ayrı-ayrı şəxslər tərəfindən  “COVID-19” xəstələrinə yanlış tövsiyələr verildiyinə və  müalicənin doğru aparılmadığı hallarına rast gəlinir: "Xəstənin vəziyyətini daha da ağırlaşdıran belə müalicə üsulları qətiyyən yolverilməzdir. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə və etibarlı elmi mənbələrə əsaslanaraq bir çox ölkələrdə koronavirusla əlaqədar tibb işçiləri üçün müalicə protokolları hazırlanıb. TƏBİB tərəfindən də belə protokollar xəstəliyin yarandığı ilk günlərdən tərtib olunub, stasionar tibb müəssisələrinə göndərilib və vaxtaşırı yenilənməkdədir. Lakin son dövrlər ayrı-ayrı ixtisas həkimlərinin də  vətəndaşların  fərdi istək və müraciətləri ilə koronavirusun müalicəsi ilə məşğul olduğunu nəzərə alaraq, müalicə protokolları ilə həm həkimləri, həm də ictimaiyyəti tanış edir və hər kəsə təsdiqlənmiş üsullardan istifadə etməyi tövsiyə edirik.

https://its.gov.az/files/9/Yetkin_shexslerin_mualicesi_protokol.pdf

https://its.gov.az/files/9/koaqulopatiya_03122020.pdf

Xəbər lenti