Xəzər Xəbər

Əli Əsədov Türkiyənin ticarət naziri ilə görüşüb

Gündəm | 18:57 • 2 Aprel 2021
Əli Əsədov Türkiyənin ticarət naziri ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 2-də Türkiyə Respublikasının ticarət naziri Ruhsar Pekcan ilə görüşüb.

XİN-dən XəzərXəbər-ə verilən məlumata görə, görüşdə Azərbaycan-Türkiyə iqtisadi-ticari əlaqələrinin genişləndirilməsi perspektivləri müzakirə olunub, iki ölkə arasında bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə edilib.

Xəbər lenti