Xəzər Xəbər

Əli Əsədov Türkiyənin kənd təsərrüfatı və meşə nazirini qəbul edib

Gündəm | 17:40 • 17 Mart 2021
Əli Əsədov Türkiyənin kənd təsərrüfatı və meşə nazirini qəbul edib

Martın 17-də Baş nazir Əli Əsədov Türkiyə Cümhuriyyətinin Kənd Təsərrüfatı və Meşəçilik naziri Bekir Pakdemirlinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlər Kabinetindən xezerxeber.az-a verilən məlumata görə, görüş zamanı Türkiyə ilə Azərbaycan arasında bitkiçilik, heyvandarlıq, aqrar sığorta sahəsində təcrübə mübadiləsi, aqrar sahədə təhsil, suyun idarə olunması, ətraf mühitin qorunması və inkişafı, yaşıl enerji və işğaldan azad olunmuş ərazilərin bərpası məsələləri müzakirə olunub.

Xəbər lenti

Çox oxunanlar