Xəzər Xəbər

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşüb

Gündəm | 18:22 • 13 Yanvar 2021
Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşüb

Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi ilə azərbaycanlı həmkarı Ceyhun Bayramov arasında görüş keçirilib.


XəzərXəbər Trend-ə istinadən bildirir ki, bu barədə pakistanlı nazir öz "Twitter" səhifəsində yazıb.


Nazir bildirib ki, Azərbaycan Pakistanın uzunmüddətli dostu və tərəfdaşıdır:


"Biz regional və beynəlxalq tədbirlərdə ümumi maraqlarımızla bağlı sıx əməkdaşlıq edirik. Azərbaycan və Pakistanı tarixi, dini və mədəni bağlar birləşdirir".

Xəbər lenti