Xəzər Xəbər

Jurnalist 27 il sonra işğaldan azad olunan evlərinə getdi, iki əşya tapdı - Foto

Gündəm | 15:08 • 7 Dekabr 2020
Jurnalist 27 il sonra işğaldan azad olunan evlərinə getdi, iki əşya tapdı -

"Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı işğaldan azad olunan Cəbrayıl rayonunun Balyand kəndindəki evlərindən indiyə qədər qalan əşyalar tapıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə A.Cəbrayıllı "Facebook" səhifəsində paylaşım edim. 

O, doğulduğu kənddən sac və səhəng tapdığını qeyd edib: 

"İki müqəddəs nemətin - çörəyin (yuxanın) bişirildiyi sac və suyun daşınıb saxlanıldığı səhəng. 27 il əvvəl kənddə qoyub gəldiyimiz əşyalardan indiyə qalan yalnız bunlardır. Babalarımız çörəyə və suya elə belə and içmirlərmiş. Hər ikisini gətirib anama verdim". 

Sevinc 

Xəbər lenti