Xəzər Xəbər

Bakı, Sumqayıt və Abşeronda qüvvədə qalan MƏHDUDİYYƏTLƏR

Gündəm | 17:10 • 12 Sentyabr 2020
Bakı, Sumqayıt və Abşeronda qüvvədə qalan

Sərtləşdirilmiş xüsusi karantin rejimində Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində həmçinin aşağıdakı məhdudiyyətlər tətbiq edilir.


XəzərXəbər-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin ölkədə tətbiq edilən karantin rejiminin qaydalarına dair Qərarda qeyd edilib.


Məhdudiyyətlər aşağıdakı kimidir:


- nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyətinin dayandırılması;


- ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 00:00-dan 09:00-dək yerində xidmətin dayandırılması, qəlyan avadanlıqlarından istifadənin və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmağın qadağan edilməsi;



- 10 nəfərdən artıq şəxsin iştirakı ilə keçirilən tədris və repetitor xidmətlərinin həyata keçirilməsi;


- çimərliklərin ərazisində hovuzların, su attraksionlarının və idman oyunu yerlərinin fəaliyyəti;


- 2020-ci il 19 sentyabr saat 00:00-dan 21 sentyabr saat 06:00-dək, 26 sentyabr saat 00:00-dan 28 sentyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkətinin və Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması.


Bu Qərarda qeyd edilmiş mədudiyyətlər istisna olmaqla bütün iş, xidmət və digər sahələrdə fəaliyyətə icazə verilir.

Rubrikanın digər xəbərləri

Qazaxın 4 kəndi ilə bağlı protokol
Qazaxın 4 kəndi ilə bağlı protokol İMZALANDI
23:53 • 15 May 2024
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə gəlib
23:40 • 15 May 2024
Lukaşenko Azərbaycana dövlət səfərinə
Lukaşenko Azərbaycana dövlət səfərinə gəlir
19:50 • 15 May 2024
Bakıda "Fintex Summit 2024" ilk gününü
Bakıda "Fintex Summit 2024" ilk gününü YEKUNLAŞDI
19:30 • 15 May 2024
Əfv Komissiyasının növbəti
Əfv Komissiyasının növbəti iclası keçirilib
17:55 • 15 May 2024
Separatçıların həbs müddəti
Separatçıların həbs müddəti UZADILDI
17:30 • 15 May 2024
Şuşada üçüncü yaşayış kompleksindən
Şuşada üçüncü yaşayış kompleksindən YENİ XƏBƏR
16:55 • 15 May 2024

Xəbər lenti