Xəzər Xəbər

Tələbə qəbulunun qaydaları dəyişdi 2 mərhələdə olacaq

Gündəm | 14:32 • 25 Dekabr 2018
Tələbə qəbulunun qaydaları dəyişdi

Qəbul imtahanının II mərhələsində hər fənn üzrə 30 sual olmaq 90 tapşırıq verilir.

Nazirlər Kabineti "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları"nda dəyişikliklər edib.

XəzərXəbər xəbər verir ki, ali təhsil müəssisələrinə qəbul iki mərhələdə həyata keçiriləcək.

I mərhələ

İlk mərhələdə abituriyentlər( bu il məzun olacaq şəxslər) təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq Azərbaycan dili və ya rus, xarici dil və riyaziyyat fənlərindən qəbul imtahanı verirlər. İmtahanı Azərbaycan dilində verənlər xarici dil fənni kimi ingilis, alman, fransız, rus, ərəb və ya fars dillərini seçə bilərlər. Rus dilində tədrisi seçənlər isə xarici dil kimi ingilis, alman və ya fransız dillərini seçə bilərlər. İmtahanda Azərbaycan(rus) dili fənnindən 30, xarici dildən 30, riyaziyyat fənnindən isə 25 sual olmaqla, ümumilikdə 85 tapşırıq verilir. Birinci mərhələdə abituriyentlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 olmaqla, toplam 300 baldır. İmtahan müddəti isə 3 saatdır.

Rus dilində imtahan verənlər isə əlavə olaraq Azərbaycan dili fənnindən imtahan verməli olacaqlar. Bu fənn üzrə 30 sual təqdim edilir və maksimal bal 30-dur. İmtahanın davametmə müddəti isə 45 dəqiqədir. Bu imtahanın nəticəsi "məqbul” və ya "qeyri-məqbul”la qiymətləndirilir. Məqbul qiymət alanlar imtahanlara buraxılır. Qeyd edək ki, bu imtahanın nəticəsi 2 il müddətində keçərlidir.

Qəbul imtahanının birinci mərhələsində iştirak etməyən abituriyent ikinci mərhələyə, ikinci mərhələdə iştirak etməyən abituriyent isə ixtisas seçiminə buraxılmır.

Müvafiq tədris ili üzrə müsabiqədə abituriyentlər isə tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında əldə etdikləri nəticələr əsasında qəbul imtahanının birinci mərhələsini , eləcə də imtahanı rus dilində verənlər Azərbaycan dili fənnindən ayrıca olaraq imtahan vermirlər.

Azərbaycan dili istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən ali təhsil müəssisələrinin tədris rus dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün buraxılış imtahanı çərçivəsində imtahan verdikləri Azərbaycan dili (dövlət dili kimi) fənnindən Mərkəz tərəfindən müəyyən edilən şərtə uyğun nəticə əldə etməlidirlər.

Azərbaycan və rus dilləri istisna olmaqla, tədris ingilis, gürcü və digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən ali təhsil pilləsində təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili fənnindən də imtahan verməlidirlər. Azərbaycan dilində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən ali təhsil müəssisələrinin tədris rus dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün rus dili fənnindən, rus dilində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən ali təhsil müəssisələrinin tədris Azərbaycan dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün isə Azərbaycan dili fənnindən imtahan verməlidirlər.

Qəbul imtahanlarının I mərhələsinin nəticələri 2 il qüvvədə olur . Cari və növbəti tədris illərində abituriyentə ali təhsil müəssisələrinə keçirilən tələbə qəbulu müsabiqəsində iştirak etmək hüququ verir. Abituriyentin istəyindən asılı olaraq müvafiq ildə keçirilən qəbul imtahanının birinci mərhələsində yenidən iştirak edə bilər. Bu zaman abituriyent müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özü müəyyən edir.

II mərhələ

Qəbul imtahanlarının II mərhələsi ixtisas qrupları üzrə aparılır və həmin il üçün qüvvədə olur. Qəbul imtahanları hər tədris ilində iki dəfə – yaz və yay sessiyaları şəklində keçirilir. Abituriyent hər sessiyada istədiyi ixtisas qrupu üzrə yalnız bir imtahanda iştirak edə bilər. I-IV ixtisas qrupları üzrə qəbul imtahanında iştirakından asılı olmayaraq, abituriyent V ixtisas qrupu üzrə də imtahanda iştirak edə bilər.

I ixtisas qrupu – riyaziyyat ((150 bal), fizika (150 bal) və kimya (100 bal)

II ixtisas qrupu-riyaziyyat (150 bal), coğrafiya (150 bal) və tarix (100 bal);

III ixtisas qrupu – qəbul imtahanının dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili (150 bal), tarix (150 bal) və ədəbiyyat (100 bal);

IV ixtisas qrupu – biologiya (150 bal), kimya (150) və fizika (100 bal);

V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək üçün abituriyentlər qəbul imtahanının ikinci mərhələsini vermirlər. Onlar müsabiqədə birinci mərhələnin (buraxılış imtahanının) nəticələrinə əsasən iştirak edirlər.

Qəbul imtahanının II mərhələsində hər fənn üzrə 30 sual olmaq 90 tapşırıq verilir. Toplana biləcək maksimal bal 400-dür. İmtahanın davametmə müddəti isə 3 saatdır.

Qəbul imtahanlarında əlilliyi olan şəxslərin iştirakının təmin edilməsi üçün Mərkəz tərəfindən əlverişli şərait yaradılır. I qrup gözdən əlilliyi olan abituriyentlərə fərdi nəzarətçi təyin edilir və onlar üçün imtahanın davametmə müddəti hər mərhələdə 1 saat artırılır.

Rubrikanın digər xəbərləri

Qazaxın 4 kəndi ilə bağlı protokol
Qazaxın 4 kəndi ilə bağlı protokol İMZALANDI
23:53 • 15 May 2024
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə gəlib
23:40 • 15 May 2024
Lukaşenko Azərbaycana dövlət səfərinə
Lukaşenko Azərbaycana dövlət səfərinə gəlir
19:50 • 15 May 2024
Bakıda "Fintex Summit 2024" ilk gününü
Bakıda "Fintex Summit 2024" ilk gününü YEKUNLAŞDI
19:30 • 15 May 2024
Əfv Komissiyasının növbəti
Əfv Komissiyasının növbəti iclası keçirilib
17:55 • 15 May 2024
Separatçıların həbs müddəti
Separatçıların həbs müddəti UZADILDI
17:30 • 15 May 2024
Şuşada üçüncü yaşayış kompleksindən
Şuşada üçüncü yaşayış kompleksindən YENİ XƏBƏR
16:55 • 15 May 2024

Xəbər lenti