Xəzər Xəbər

Azərbaycanda plastik qablaşdırma məhsulları nə vaxt qadağan ediləcək? RƏSMİ

Gündəm | 17:43 • 26 Oktyabr 2018
Azərbaycanda plastik qablaşdırma məhsulları nə vaxt qadağan ediləcək?

"Dünən bildiyiniz kimi, Avropa Parlamenti tərəfindən plastik qablaşdırma məhsullarının qadağan olunması ilə bağlı qərar qəbul olunub. Qərara görə plastik məhsulların istifadəsi 2021-ci ilədək qadağan olunmalıdır".


XəzərXəbər bildirir ki, bunu Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyevabildirib.


O qeyd edib ki, artıq ölkəmizdə də bu istiqamətdə artıq müəyyən işlər görülməkdədir:


"Belə ki, Nazirlik tərəfindən kompleks tədbirlər planı hazırlanır. Bu məqsədlə prosesin ilkin mərhələsində ictimai rəyin öyrənilməsi üçün əhali arasında sorğu keçirilməsi planlaşdırılır. Əlbəttə ki, bu tədbirlər bütün tərəflərin maraqlarını nəzərə alınaraq mərhələli şəkildə həyata keçiriləcəkdir. Toplanma və çeşidlənmə işlərinə əhalini cəlb etmək üçün bugünədək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə başlanılan kampaniya çərçivəsində ümumilikdə 35 şəhər və rayon üzrə plastik qabların toplanması və çeşidlənməsi üçün 100-dək konteyner yerləşdirilib. Yerləşdirilən konteynerlərdən 32 ədədi ETSN, 50 ədədi Rayon İcra Hakimiyyətləri, 12 ədədi yerli sahibkarlar, 2 ədədi isə AzEkol tərəfindən hazırlanıb. Lakin ölkədə ekoloji problemlər tək plastik tullantılarla bağlı deyil, eyni zamanda həm məişətdə, həm tikintidə, həm də karxanaların fəaliyyəti zamanı əmələ gələn və düzgün idarə olunmayan tullantılarla bağlıdır.


Abşeron yarımadasının landşaftı bildiyiniz kimi, toz miqdarının çox olması ilə səciyyəvi ərazilərdən biridir. Təbii şəraitlə yanaşı antropogen təsir bu vəziyyəti daha da gərginləşdirir. Növbəti dəfə dünən Abşeron yarımadasında cənub-qərb küləyinin güclənməsi nəticəsində atmosfer havasında tozun miqdarının normadan 3 dəfəyədək çox olması qeydə alınıb. Nazirlik tərəfindən bu sahədə aparılan operativ monitorinq işləri sübut etdi ki, belə vəziyyəin yaranmasına səbəb Qaradağ rayonu ərazisində yerləşən karxanalardır. Həm tikintidə, həm də daş karxanalarının fəaliyyəti zamanı ekoloji və tikinti qaydalarına riayət olunmaması yol verilməzdir. Təəssüflə qeyd edirik ki, ETSN tərəfindən daş karxanalarının sahiblərinə işlərində dönüş yaratmaları üçün müəyyən müddət verilməsinə baxmayaraq, onlar bu vaxta qədər vəziyyəti yaxşılaşdırmaq üçün bir addım belə atmayıblar. Bu sahədə qabaqcıl ölkələrdə istifadə olunan texnologiyalar bizdə də tətbiq olunmalıdır. Ətraf mühitə antropogen təsiri azaltmaq öz əlimizdədir, çünki bu diyarda sahibkarla bərabər hamımız yaşayırıq və atmosferdə olan toz onunla birgə hamıya təsir edir. ETSN-nin təmiz bir mühitdə yaşamaq naminə həyata keçirdiyi tədbirlərə dəstək verən hər bir vətəndaşa təşəkkür edir və ictimaiyyəti ekoloji vəziyyətin yaxşılaşdırılmasında fəal olmağa çağırırıq".

Rubrikanın digər xəbərləri

Qazaxın 4 kəndi ilə bağlı protokol
Qazaxın 4 kəndi ilə bağlı protokol İMZALANDI
23:53 • 15 May 2024
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə gəlib
23:40 • 15 May 2024
Lukaşenko Azərbaycana dövlət səfərinə
Lukaşenko Azərbaycana dövlət səfərinə gəlir
19:50 • 15 May 2024
Bakıda "Fintex Summit 2024" ilk gününü
Bakıda "Fintex Summit 2024" ilk gününü YEKUNLAŞDI
19:30 • 15 May 2024
Əfv Komissiyasının növbəti
Əfv Komissiyasının növbəti iclası keçirilib
17:55 • 15 May 2024
Separatçıların həbs müddəti
Separatçıların həbs müddəti UZADILDI
17:30 • 15 May 2024
Şuşada üçüncü yaşayış kompleksindən
Şuşada üçüncü yaşayış kompleksindən YENİ XƏBƏR
16:55 • 15 May 2024

Xəbər lenti