Xəzər Xəbər

Qərargah: Sürüşmə zonasında gərginlik qalmaqdadır

Gündəm | 12:30 • 20 Oktyabr 2018
Qərargah: Sürüşmə zonasında gərginlik qalmaqdadır
Badamdardakı sürüşmə zonasında saat 12:00-a olan monitorinqlərin nəticəsinə əsasən, ərazidə gərginlik qalmaqdadır. Sürüşmə kütləsi üzərində kiçik tipli uçqunlar və süxur kütlələrinin yamac boyu axıntıları müşahidə edilib.


Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan XəzərXəbər-ə verilən məlumata görə, sürüşmənin sağ və sol hissəsində yeni yaranmış çatların ölçülərində artım qeydə alınmayıb.

Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik müşahidə olunmayıb.

Xəbər lenti

Çox oxunanlar