Xəzər Xəbər

Naxçıvanda iki publik hüquqi şəxs yaradıldı

Gündəm | 09:31 • 25 May 2018
Naxçıvanda iki publik hüquqi şəxs yaradıldı
Naxçıvan Şəhər Yaşıllaşdırma İdarəsinin əsasında "Naxçıvan Yaşıllaşdırma Xidməti” publik hüquqi şəxs yaradılıb.


XəzərXəbər xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb.


Digər sərəncamla Naxçıvan Muxtar Respublikasının Diaqnostika-Müalicə Mərkəzinə publik hüquqi şəxs statusu verilib.

Xəbər lenti