Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
XəzərXəbər xəbər verir ki, məktubda deyilir: "Hörmətli İlham Heydər oğlu.
Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə və Sizin
şəxsinizdə bütün qardaş Azərbaycan xalqına Türkmənistan xalqı və
hökuməti adından, şəxsən öz adımdan səmimi təbriklərimi və ən xoş
arzularımı çatdırıram.
Türkmənistanda Azərbaycan Respublikası ilə
hüquq bərabərliyi, qarşılıqlı səmərə, qarşılıqlı hörmət və etimad
prinsiplərinə əsaslanan münasibətləri yüksək qiymətləndiririk. Əminəm
ki, qardaş ölkələrimiz arasında yaranmış əməkdaşlığın və qarşılıqlı
anlaşmanın yüksək səviyyəsi xalqlarımızın rifahı naminə
Türkmənistan-Azərbaycan ikitərəfli münasibətlərinin bundan sonra da
durmadan inkişaf etməsi və möhkəmlənməsi üçün etibarlı təməl olacaq.
Hörmətli
İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm
cansağlığı, şəxsi səadət və firavanlıq, qardaş Azərbaycan xalqına sülh,
tərəqqi və əmin-amanlıq diləyirəm".