XəzərXəbər xəbər verir ki, məktubda deyilir: "Hörmətli İlham Heydər oğlu.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə
Sizi Ukrayna xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik
edirəm. Düz yüz il
əvvəl Azərbaycan xalqı müsəlman Şərqində birinci olaraq demokratik
inkişaf modelini seçmişdir. Müasir Azərbaycan Respublikası Sizin
rəhbərliyiniz ilə qədim dövlətçilik ənənələrinə sadiqlik nümayiş etdirir
və inkişaf edən ölkənin gələcək yüksəlişi yolunda inamlı addımlar atır.
Müstəqilliyinin bərpa edildiyi andan Azərbaycan ardıcıl və prinsipial xarici siyasət aparır. Şübhəsiz ki, bu, Bakının dünya arenasında beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə möhkəmlənməsinə yardım edir.
Azərbaycan
Respublikasının ərazi bütövlüyünün və suverenliyinin beynəlxalq
səviyyədə tanınmış sərhədlər çərçivəsində bərpası məsələsində Ukraynanın
mövqeyinin dəyişməz olduğunu bir daha təsdiq etmək istərdim. Həmçinin
Ukraynanın ərazi bütövlüyünün dəstəklənməsi məsələsində Azərbaycanın
dəyişməz mövqeyini yüksək qiymətləndiririk.
Əminəm ki,
dövlətlərimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin praktiki
məzmunla zənginləşdirilməsi bütün əsas sahələrdə əməkdaşlığın
intensivləşdirilməsi məqsədilə hərtərəfli dialoqun qarşılıqlı olaraq
dərinləşdirilməsini təsdiq edir.
Bu xoş fürsətdən istifadə edərək Sizi münasib bildiyiniz vaxtda Ukraynaya bir daha rəsmi səfərə dəvət edirəm.
Hörmətli cənab Prezident,
Sizə möhkəm cansağlığı, tükənməz enerji, bütün plan və
təşəbbüslərinizdə nailiyyətlər, dost Azərbaycan xalqına isə sülh, birlik
və əmin-amanlıq arzu edirəm".