Prezident İlham Əliyev
Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin
təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında fərman imzalayıb.
XəzərXəbər xəbər verir ki, fərmana əsasən Azərbaycanda əhalinin mənzil təminatının
daha da yaxşılaşdırılması və ipoteka kreditlərinə çıxış imkanlarının
artırılması, ipoteka və kredit zəmanət mexanizminin risklərinin
minimallaşdırılması məqsədilə "Azərbaycan Respublikasının İpoteka və
Kredit Zəmanət Fondu tərəfindən ipoteka kreditləri üzrə təminat
verilməsi Qaydası” təsdiq edilir.
2. Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş
"Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun
Nizamnaməsi”ndə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2017, №12 (I kitab), maddə 2328) aşağıdakı dəyişikliklər edilsin:
2.1. aşağıdakı məzmunda 2.2.2-1-ci yarımbənd əlavə edilsin:
"2.2.2-1. yaşayış sahələrini alır və satmaq öhdəliyi ilə kirayəyə verir;”;
2.2. 2.2.5-ci yarımbənddə "Elektron ipoteka” sözləri "Elektron ipoteka və kredit zəmanət” sözləri ilə əvəz edilsin;
2.3. 4.4.10-cu yarımbənd ləğv edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1.
Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (bundan
sonra – Fond) vergi öhdəliklərindən azad edilməsi, habelə bu Fərmanın
1-ci hissəsi ilə təsdiq edilmiş Qaydaya uyğun olaraq, Fond tərəfindən
təminat üzrə ödəniş edilməsi hallarında borcalanların və müvəkkil
bankların vergi öhdəliklərindən azad edilməsi ilə bağlı qanun layihəsini
bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2.
2018-ci il yanvarın 1-dən dekabrın 31-dək sahibkarlar tərəfindən
banklardan manatla alınan kreditlər üzrə hesablanmış faizlərə görə
2019–2021-ci illərdə subsidiyaların verilməsi üçün tələb olunacaq
vəsaitin həcmini Fond ilə birlikdə müəyyənləşdirib, müvafiq illərin
dövlət büdcəsi layihələrində nəzərə alınmasını təmin etsin;
3.3. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.5.
mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu
Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə
beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və
normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
5.
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası üç ay
müddətində Fondun vəzifələrinin icrası ilə bağlı müvəkkil bankların
ipoteka kreditləşməsində, eləcə də kredit zəmanət sisteminin
fəaliyyətində aktiv iştirakını təmin etmək üçün banklar üzrə xüsusi
iqtisadi tənzimləmə (prudensial) normativlərini və tələblərini müəyyən
edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
6. Fond:
6.1.
bu Fərmanın 2.1-ci bəndinə müvafiq olaraq yaşayış sahələrinin satmaq
öhdəliyi ilə kirayə verilməsinə dair qaydanın layihəsini iki ay
müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
6.2.
fəaliyyət istiqamətləri üzrə yarana biləcək mümkün maliyyə itkilərinin
ödənilməsi üçün xüsusi ehtiyat fondların yaradılmasını təmin etsin;
6.3. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.