Prezidenet İlham
Əliyev Ağdaş rayonunun Qolqəti–Dəhnəxəlil–Qoşaqovaq–Ərəbocağı avtomobil
yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
XəzərXəbər xəbər verir ki, sərəncama əsasən, on iki min nəfər əhalinin yaşadığı 10
yaşayış məntəqəsini birləşdirən Qolqəti–Dəhnəxəlil–Qoşaqovaq–Ərəbocağı
avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının
2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin
bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün
nəzərdə tutulmuş vəsaitin 11,6 milyon (on bir milyon altı yüz min)
manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.