Xəzər Xəbər

Lavrov Bakı və İrəvanda Qarabağı müzakirə edəcəyini bəyan etdi

Gündəm | 15:42 • 14 Noyabr 2017
Lavrov Bakı və İrəvanda Qarabağı müzakirə edəcəyini bəyan etdi

"Gələn həftənin əvvəlində İrəvan və Bakıya səfər edəcəyəm"

XəzərXəbər xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Lavrov səfəri zamanı Dağlıq Qarabağ münaqişəsin də müzakirə edəcəyini deyib:

"Düzü, biz bu barədə hələ rəsmi açıqlama verməmişik. Ancaq gizlətməli bir şey yoxdur. Gələn həftə İrəvan və Bakıya səfər edəcəyəm. İlk növbədə bu səfərdə məqsəd Ermənistan-Rusiya və Azərbaycan-Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi ilə bağlı tədbirlərə qatılmaqdır. Görüşlər zamanı, həmçinin ikitərəfli, o cümlədən regional məsələlər də müzakirə olunacaq. Həmçinin biz prezidentlərin sonuncu görüşündən sonra Dağlıq Qarabağ münaqişənin nizamlanması prosesində hazırda harada olduğumuzu aydınlaşdırmağa çalışacağıq”.

Xəbər lenti