Xəzər Xəbər

Azərbaycan XİN İspaniyadakı terroru pislədi

Gündəm | 11:22 • 18 Avqust 2017
Azərbaycan XİN İspaniyadakı terroru pislədi

"İspaniyanın Barselona şəhərində törədilmiş terror aktlarını qəti şəkildə pisləyirik. Terror hücumları nəticəsində həlak olanların ailələrinə dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik".

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev XəzərXəbər-ə bildirib ki, terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayır: "Barselonada törədilən terror hücumları ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İspaniya kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu ünvanlayıb. Xarici işlər naziri Elmar Məmmədyarov da İspaniya Krallığının Xarici işlər naziri Alfonso María Dastisə başsağlığı məktubu göndərib".

Xəbər lenti