Xəzər Xəbər

Ölkəmizdə musiqi alətlərinin inkişafı və təkmilləşdirilməsi ilə bağlı vacib addımlar atılıb

Gündəm | 11:44 • 4 Aprel 2017
Ölkəmizdə musiqi alətlərinin inkişafı və təkmilləşdirilməsi ilə bağlı vacib addımlar atılıb

Tarixən Azərbaycan musiqisinə, kulinariyasına, tarixinə, bütövlükdə mədəni dəyərlərinə vandal münasibəti ilə seçilən ermənilər musiqi alətlərimizə də vaxtaşırı hücumlar edərək onları özününküləşdirməyə, milliləşdirməyə, bir sözlə, erməni musiqi alətlərinə çevirməyə çalışıblar.

Bu sözləri mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev "Azərbaycanın milli musiqi alətləri: Keçmişimiz, bu günümüz” mövzusunda keçirilən elmi-praktiki konfransda səsləndirib.

"Nazirlik digər əlaqəli dövlət qurumları ilə birgə bu istiqamətdə lazımi addımlar atır. Bundan sonra bu işlər davam edəcək. Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə musiqi alətlərinin inkişafı və təkmilləşdirilməsi ilə bağlı vacib addımlar atılıb”, -deyə Ə.Vəliyev qeyd edib./Azərtac

Xəbər lenti