Xəzər Xəbər

Rusiyaya gələn əcnəbi vətəndaşların ətraflı yoxlanılması müvəqqəti xarakter daşıyır

Dünya | 17:40 • 30 Aprel 2024
Rusiyaya gələn əcnəbi vətəndaşların ətraflı yoxlanılması müvəqqəti xarakter daşıyır

“Krokus Siti Holl”da faciəli hadisələr Rusiyaya gələn əcnəbi vətəndaşların daha ətraflı yoxlanılmasının əsas səbəbinə çevrilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tacikistan XİN-in başçısı Sirociddin Muhriddinov ilə telefon danışığı zamanı bildirib.

Qeyd olunub ki, aprelin 30-da Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya xarici işlər naziri Sergey Lavrovun Tacikistan xarici işlər naziri Sirociddin Muhriddinov ilə telefon danışığı olub. Rusiya xidmətlərinin ölkə qanunvericiliyinə uyğun şəkildə apardığı terrorizm profilaktikası üzrə tədbirlər barədə Tacikistan tərəfinə əlavə müfəssəl izahatlar verilib. Qeyd olunub ki, “Krokus Siti Holl”da baş verən faciəli hadisələr Rusiyaya gələn əcnəbi vətəndaşların daha ətraflı yoxlanılmasının əsas səbəbinə çevrilib.

"Bu tədbirlərin aparılmasının müvəqqəti xarakter daşıdığı, onların konkret millətə və dinə qarşı istiqamətlənmədiyi, buraxılış məntəqələrində vəziyyətin tədricən normallaşdırılması xüsusi vurğulanıb”, - deyə RF XİN-in məlumatında bildirilir.

Bundan əvvəl, “ölkə vətəndaşlarına pis münasibət və onların hüquqlarının pozulması” halları ilə əlaqədar aprelin 29-da Tacikistan XİN Rusiyanın bu ölkədəki səfirinə nota təqdim edib.

Xəbər lenti