Xəzər Xəbər

Ermənistanda "TikTok" qadağan oluna bilər

Dünya | 16:36 • 30 Aprel 2024
Ermənistanda "TikTok" qadağan oluna bilər

Ermənistanda "TikTok"un qadağan olunması təklif edilir

Xezerxeber.az-ın yerli mətbuata istinadən xəbərinə görə, bu təkliflə ölkənin Televiziya və Radio üzrə Komissiyasıınnı sədri Tiqran Akopyan çıxış edib.

O, bu məsələnin Avropa İttifaqı və ABŞ-də də müzakirə olunduğunu xatırladıb. Komissiya sədri bildirib ki, Ermənistan bu qərarın tətbiqi məsələsində gecikib.

T. Akopyanın sözlərinə görə, texniki tərəqqi sosial şəbəkələr üzərində nəzarətin itirilməsinə səbəb olub. Bu da bir sıra ölkələrin müəyyən tədbirlər görməsi ilə nəticələnib.

Xəbər lenti