Xəzər Xəbər

Belqorod atəşə tutulub, ölənlər var

Dünya | 11:53 • 16 Mart 2024
Belqorod atəşə tutulub, ölənlər var
Belqorodun atəşə tutulması zamanı iki nəfər həlak olub.
 
Xezerxeber.az xəbər verir ki, bu barədə şəhər qubernator Qladkov deyib.
O bildirib ki, ölənlərdən biri kişi olub: "O, yük maşını idarə edirmiş. Mərmi avtomobilə dəyib və o, avtobusa çırpılıb. Ölən ikinci şəxs isə qadın olub. O, oğlu ilə itləri yedizdirməyə gedirmiş. Həkimlər oğlunun həyatı üçün mübarizə aparır.
Daha iki nəfər isə yaralanıb".
 
Qubernatorun sözlərinə görə, “Vampire” çoxillik raket sistemindən səkkiz raket vurulub.

Xəbər lenti