Xəzər Xəbər

Rusiyada üç maşın toqquşub, beş nəfər ölüb FOTO

Dünya | 14:45 • 16 Mart 2024
Rusiyada üç maşın toqquşub, beş nəfər ölüb

Rusiyanın Omsk vilayətində iki yük maşını və mikroavtobusun toqquşması nəticəsində beş nəfər ölüb.

Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, Lyubinsk rayonunun Uvalo-Yadrino kəndi ərazisində baş verən qəzada ölənlərdən biri uşaqdır. 

Hüquq-mühafizə orqanlarından bildirilib ki, toqquşmadan sonra hər üç avtomobil yanıb.

Hadisə yerinə xilasetmə xidmətinin əməkdaşları cəlb olunub.

Araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar