Xəzər Xəbər

Kim Çen In hava-desant təlimlərinə rəhbərlik edib

Dünya | 13:52 • 16 Mart 2024
Kim Çen In hava-desant təlimlərinə rəhbərlik edib

KXDR lideri Kim Çen In Şimali Koreya ordusunun hava-desant qoşunlarının bu həftə keçirilən təlimlərinə rəhbərlik edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb. Məlumata görə, Şimali Koreya liderini KXDR-in müdafiə naziri Kan Sun Nam və Baş Qərargah rəisi Li Yon Qir müşayiət edib.

Kim Çen In Şimali Koreya ordusunun qarşısında duran əsas vəzifənin “müharibəyə hazırlaşmaq” olduğunu bildirib.

“Bütün hərbi qulluqçular düşmənə müqavimət göstərməli və müharibə başlayarsa, tarixi yenidən yazmağa hazır olmalıdırlar”, - deyə Kim Çen In vurğulayıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar