Xəzər Xəbər

Əfqanıstanda terror aktı törədilib, iki jurnalist həlak olub

Dünya | 19:23 • 11 Mart 2023
Əfqanıstanda terror aktı törədilib, iki jurnalist həlak olub

Bu gün Əfqanıstanın Məzari-Şərif şəhərində “Əfqanıstanın səsi” (AVA) informasiya agentliyinin binasında partlayış törədilib.

Xezerxeber.az xarici mediaya istinadən xəbər verir ki, partlayış binada mətbuat konfransı keçirilən zaman baş verib.

Nəticədə 2 jurnalist ölüb, 32 nəfər isə yaralanıb. Hadisə yerinə gələn Əfqanıstanın təhlükəsizlik qüvvələrinin nümayəndələri partlayışın terror aktı olduğunu bildiriblər.

Hazırda araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar