Xəzər Xəbər

Bayden köməkçiləri ilə Ukrayna ətrafındakı vəziyyəti müzakirə edib

Dünya | 09:25 • 23 Yanvar 2022
Bayden köməkçiləri ilə Ukrayna ətrafındakı vəziyyəti müzakirə edib

ABŞ Prezidenti Co Bayden Ukrayna ətrafında yaranmış vəziyyəti Kemp Deviddəki iqamətgahında milli təhlükəsizliyə cavabdeh olan şəxslərlə müzakirə edib.

Bu barədə Ağ Ev məlumat yayıb.

Məlumatda deyilir ki, prezident öz komandasının üzvləri ilə həm video formatda, həm də şəxsən görüşüb. Dövlət başçısına Ukrayna-Rusiya sərhədindəki son vəziyyət barədə məruzə edilib. Co Bayden deeskalasiya üçün diplomatik vasitələrdən istifadəni də administrasiya üzvləri ilə müzakirə edib.

Xəbər lenti