Xəzər Xəbər

BMT ABŞ və Çinə xəbərdalıq etdi: Münasibətləri düzəldin

Dünya | 17:43 • 20 Sentyabr 2021
BMT ABŞ və Çinə xəbərdalıq etdi: Münasibətləri düzəldin

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Qutereş ABŞ və Çinə xəbərdarlıq edib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) 76-cı Baş Assambleyasının toplantısında ABŞ və Çinə "soyuq müharibə" xəbərdarlığı edilərək, ikitərəfli əlaqələrin yoluna qoyulmasının zəruri olduğu bildirilib.

Antonio Qutereş insan qaynaqları, iqtisadiyyat, təhlükəsizlik və Cənubi Çin dənizinin suverenliyi ilə bağlı davam edən siyasi parçalanmalara baxmayaraq, dünyanın iki böyük iqtisadi gücünün iqlim mövzusunda əməkdaşlıq etməsi və ticarət və texnologiya mövzusunda daha güclü danışıqlar aparması lazım olduğunu söyləyib.

Rəqib geosiyasi və hərbi strategiyaların təhlükə yarada biləcəyini və dünyanı parçalayacağını bildirən Qutereş, bu uğursuz əlaqənin düzəldilməli olduğunu deyib./Sfera.az

Xəbər lenti