Xəzər Xəbər

ÜST rəhbəri Taliban rəsmiləri ilə danışıqlar aparacaq SƏBƏB

Dünya | 18:13 • 20 Sentyabr 2021
ÜST rəhbəri Taliban rəsmiləri ilə danışıqlar aparacaq

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Əfqanıstanın paytaxtı Kabilə səfər edib.

Bu barədə məlumatı "TOLO news” telekanalı yayıb. 

Məlumata əsasən, ÜST rəhbəri Kabilə səfəri çərçivəsində "Taliban” hərəkatı nümayəndələri ilə görüşmək niyyətindədir.
 
Bildirilir ki, görüşlərdə müzakirə olunacaq əsas məsələ Dünya bankı tərəfindən Əfqanıstanın səhiyyə sahəsinə edilən yardımın dayandırılması, həmçinin bu yardımın bərpa olunması imkanları olacaq./Sfera.az 

Xəbər lenti