Bakı 29 ℃
Xəzər Xəbər
USD 1.7

Ermənistanda əhali kütləvi şəkildə ölkəni tərk edir

Dünya | 16:15 • 13 İyun 2021
Ermənistanda əhali kütləvi şəkildə ölkəni tərk edir

Cari ilin 5 ayında Ermənistan əhalisinin 88 min 854 nəfəri ölkəni tərk edərək xarici dövlətlərə köçüb. Bu da son 25 ildə ən yuxarı göstəricidir.
Bu barədə Ermənistan İctimai Şurasının Miqrasiya Məsələləri üzrə Komissiyasının sədri Qaqik Yeqanyan bildirib.
Onun sözlərinə görə, insanlar arasında miqrasiya əhval-ruhiyyəsi geniş artıb. Son 25 il ərzində analoji mənzərə olmayıb. Əhalinin ölkəni kütləvi surətdə tərk etməsinin dəqiq səbəbini öyrənmək üçün geniş tədqiqat aparılmalıdır.
Rəsmi məlumatlara əsasən 2021-ci ilin yanvar-mart aylarında ölkəni 63 min 713 nəfər həmişəlik tərk edib. Aprel ayında bu göstərici daha 16 min 827 nəfər artıb. Cari ilin mayında isə ölkəni 8 314 nəfər tərk edib.
O deyib ki, ilkin müşahidələrə görə, bu göstərici cəmiyyətdə müharibə qorxusunun artdığını, köçürülmə, ağır ictimai durum, sabaha etibarsızlıq və digər əhval-ruhiyyəni göstərir.

Xəbər lenti

Çox oxunanlar