Xəzər Xəbər

Dünyada daha 12 min 470 nəfər koronavirusdan dünyasını dəyişib

Dünya | 09:09 • 27 Aprel 2021
Dünyada daha 12 min 470 nəfər koronavirusdan dünyasını dəyişib

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 794 mindən çox artıb.

Xezerxeber.az Ümumdünya Səhiyyə Təşkilatına istinadla xəbər verir ki, ötən sutka ərzində 794 min 573 nəfər yeni koronavirusa yoluxub, 12 min 470 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 146 milyon 841 min 882, ölənlər isə 3 milyon 104 min 743 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (32,8 milyon), Hindistan (17,6 milyon), Braziliya (14,3 milyon), Fransa (5,5 milyon) və Rusiyada (4,7 milyon) qeydə alınıb.

Xəbər lenti