Xəzər Xəbər

Ermənistanda koronavirusdan ölənlərin sayı durmadan artır

Ermənistanda koronavirusa yoluxanların sayı 203 mini ötüb
Dünya | 12:56 • 12 Aprel 2021
Ermənistanda koronavirusdan ölənlərin sayı durmadan artır

Ermənistanda son sutkada koronavirusa 510 yoluxma qeydə alınıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bununla da Ermənistanda koronavirusa yoluxanların sayı 203 327-yə çatıb.

Məlumata görə, ölkədə son sutkada daha 18 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 3 753 nəfərə yüksəlib.

Koronavirusdan sağalanların ümumi sayı isə 182 836-ya çatıb. Hazırda 15 785 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir./report

Xəbər lenti

Çox oxunanlar