Xəzər Xəbər

Peyvəndlərlə bağlı şok etiraf: Təsiri azdır, dəyişdirməyi düşünürük

Dünya | 13:01 • 12 Aprel 2021
Peyvəndlərlə bağlı şok etiraf: Təsiri azdır, dəyişdirməyi düşünürük

"Çin mənşəli peyvəndlərin təsiri zəifdir. Hökumətin dəstəyi ilə dozalar arasında müddətin dəyişdirilməsi və ya tərkibi fərqli olan peyvəndlərin qarışdırılması rəsmi olaraq nəzərdən keçirilir”.

"Washington post" xəbər verir ki, Çinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin direktoru Qao Fu Pekində təşkil edilən mətbuat konfransında belə etiraf edib. O bildirib ki, araşdırmalardan sonra yekun qərar qəbul ediləcək. Qao mRNA peyvəndlərin daha effektli olduğuna işarə edib. Qaonun açıqlamalarına münasibət bildirən Çinin peyvənd mütəxəssisi Tao Lina deyib:

“Bizim peyvəndlərimizin əmələ gətirdiyi mübarizə molekullarının təsiri mRNA peyvəndləri ilə müqayisədə daha azdır. Dolayısı ilə inaktiv peyvəndlərimizin mRNA peyvəndlərindən daha az təsirə malik olması təbii nəticədir”.

Qeyd edək ki, Çin mənşəli peyvəndlər 22 ölkəyə ixrac edilib./ Metbuat.az

Xəbər lenti