Xəzər Xəbər

Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

Dünya | 11:55 • 29 Noyabr 2020
Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

Gürcüstanda ötən sutkada koronavirusa 4 426 yeni yoluxma faktı qeydə alınıb, 3 721 nəfər müalicə olunaraq sağalıb, 35 pasiyent isə vəfat edib.


Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.


Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 132 368-ə çatıb. Onların 110 049-u sağalıb, 1 230-u isə ölüb.


Hazırda karantin rejimində 2 033, stasionar nəzarətdə 6 373 nəfər saxlanılır. 3 945 nəfər isə xüsusi otellərdə müalicə olunur./report

Xəbər lenti