Xəzər Xəbər

Zaxarova: Almaniya təhlükəsizlik baxımından ABŞ-dan tamamilə asılıdır

Dünya | 12:03 • 29 Noyabr 2020
Zaxarova:

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Almaniyanın təhlükəsizlik baxımından ABŞ-dan tamamilə asılı olduğunu deyib.


Bu barədə o, "Facebook” hesabında yazıb:


"Almaniya hələ də çox maraqlı - təhlükəsizlik sahəsində asılı ölkə vəziyyətindədir”.


Zaxarovanın sözlərinə görə, ABŞ-ın ən böyük xarici kontingentlərindən biri Almaniyada yerləşir:


"Bu yaxınlarda Almaniya ABŞ-ın bəzi qoşunlarını başqa əyalətlərə köçürmək planlarından narazılığını dilə gətirib”.


Bundan əlavə, ABŞ-ın nüvə silahları Almaniyada yerləşdirilib.


Zaxarova qeyd edib ki, "Güc var, ancaq bu sənin deyil, onu idarə edə bilməzsən, sənə ondan istifadə etməyə icazə verilmir və eyni zamanda, onu itirməkdən qorxursan - bu, bir asılılıq əlamətidir”.

Xəbər lenti