Xəzər Xəbər

Fransanın Səhiyyə naziri hamı üçün pulsuz testlər vəd edib

Dünya | 09:28 • 27 İyul 2020
Fransanın Səhiyyə naziri hamı üçün pulsuz testlər vəd edib

Fransanın Səhiyyə naziri Olivye Veran koronavirusa yeni yoluxma hallarının artması ilə bağlı narahatlığını bildirib və arzu edən hər kəs üçün testin xərcinin hökumət tərəfindən ödəniləcəyini vəd edib.


Xezerxeber.az xəbər verir ki, bu barədə Le Parisien nəşri məlumat yayıb. "Hələlik ikinci dalğanın gəlməsindən danışmaq olmaz, lakin bir neçə gündür pozitiv çıxan analizlərin sayı durmadan artır. Halbuki son 13 həftədə azalma gedirdi. Kütləvi yoxlamaların gedişində hazırkı xəstələrin birinci dalğa zamanına nisbətən gənc olduqları üzə çıxdı. Simptomsuz halların miqdarı olduqca çoxdur”, - deyə nazir vurğulayıb.


Son məlumatlara görə, Fransada pandemiyanın başlanğıcından bəri 180 mindən çox yoluxma halı aşkarlanıb. Hazırda hər gün mindən yuxarı yoluxma qeydə alınır. Ölkədə indiyədək 30 min 192 nəfər koronavirus səbəbindən həyatını itirib.

Xəbər lenti