Xəzər Xəbər

Rusiya və Ukrayna prezidentləri arasında telefon danışığı olub

Dünya | 09:03 • 27 İyul 2020
Rusiya və Ukrayna prezidentləri arasında telefon danışığı olub

Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski arasında telefon danışığı olub.


Xezerxeber.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Tərəflər Ukraynada vəziyyəti müzakirə edib, əlaqə qrupunun Donbasda atəşkəslə bağlı əldə etdiyi razılığı müsbət qiymətləndiriblər.


Vladimir Putin Minsk razılaşmasının reallaşmasının vacibliyini vurğulayıb. Prezidentlər əlaqə qrupu çərçivəsində danışıqların səmərəliliyinin artırılmasının zəruriliyini qeyd ediblər.

Xəbər lenti