Xəzər Xəbər

ŞOK QƏRAR: 200 min insan ölümlə QARŞI-QARŞIYA - Cəsədləri yandırılacaq

Dünya | 15:38 • 3 Fevral 2020
ŞOK QƏRAR:

Çinin Vuhan şəhərində ortaya çıxan və sürətlə ölkə miqyasında yayılan yeni tip koronavirus (2019-nCoV) epidemiyasında ölü sayı 361-ə, yoluxanların sayı isə 17 min 205-ə çatıb.

Bununla da yeni tip koronavirus 2002-2003-cü illərdə Çində yayılan kəskin tənəffüs yolu sindromu (SARS) epidemiyasının təsirini keçib.

Ölkədə yas mərasimləri qadağan olunub, cəsədlərin yandırılmasına qərar verilib.

Milli Səhiyyə Komissiyasından verilən yazılı açıqlamaya görə, virusa yoluxanlardan 296 nəfərin vəziyyəti ağırdır.Yoluxma ehtimalı olanların sayı isə 21 min 558-ə çatıb. 152 min 700 nəfər müşahidə altına alınıb.

Dünya miqyasında Yaponiyada 20, Tailandda 19, Sinqapurda 18, Cənubi Koreyada 15, Avstraliyada 12, Almaniyada 10, ABŞ-da 9, Malayziyada 8, Fransa və Vytenmada 6, BƏƏ-də 5, Kanadada 4, Böyük Britaniya, Rusiya, İtaliya, Hindistanda 2, Nepal, Kamboca, Şri-Lanka, Finlandiya, İspaniya, İsveçdə isə 1 nəfər virusa yoluxub.

Çindən kənarda ilk ölüm Filippin adalarında qeydə alınıb. Dünya miqyasında virusa yoluxma faktı 17 min 386 olub.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, 2002-2003-cü illərdə SARS epidemiyası 349 nəfərin ölümünə yol açmışdı./Publika.az

Xəbər lenti