Xəzər Xəbər

Kreml təsdiqlədi: Putinin ofisində ABŞ casusu çalışıb

Dünya | 14:25 • 10 Sentyabr 2019
Kreml təsdiqlədi:

ABŞ casusu Oleq Smolenkov Rusiya Prezident Administrasiyasında çalışıb, amma bir neçə il əvvəl qovulub.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O, Smolenkovun administrasiyadakı vəzifəsinin yüksək vəzifəli şəxslər kateqoriyasına daxil olmadığını açıqlayıb.

Qeyd edək ki, bundan öncə ABŞ mətbuatı MKİ-nin Rusiya hakimiyyətində məxfi casusunun olduğunu və 2017-ci ildə onun Kremldən qaçırıldığı barədə məlumat yaymışdı./axar.az

Xəbər lenti