Xəzər Xəbər

Ermənistanda elektrik enerjisi iflic oldu

Dünya | 16:09 • 10 İyul 2019
Ermənistanda elektrik enerjisi iflic oldu

Ermənistanda elektrik enerjisinin verilməsində ciddi problem yaranıb.


Xezerxeber.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın paytaxtı İrəvan da daxil olmaqla bir sıra şəhərlərə elektrik enerjisinin təchizatı dayanıb. Buna səbəb İrəvan və Razdan istilik elektrik stansiyalarında baş verən qəzalardır.


İrəvanda qatarlar tuneldə qalıb, internetin verilməsində çətinliklər yaranıb. Ölkə miqyasında elektrik enerjisinin verilməsində fasilələr yarana biləcəyi barədə xəbərdarlıq edilib.

Xəbər lenti