Xəzər Xəbər

“Soyuz MS-12” Beynəlxalq Kosmik Stansiyaya birləşib

Dünya | 11:03 • 15 Mart 2019
“Soyuz MS-12” Beynəlxalq Kosmik Stansiyaya birləşib

Martın 14-də Baykonur kosmodromundan kosmosa buraxılan "Soyuz MS-12” gəmisi Beynəlxalq Kosmik Stansiyaya birləşib.


AZƏRTAC BBC telekanalının saytına istinadla xəbər verir ki, birləşmə anı Rusiyanın "Roskomos” agentliyinin saytında canlı yayımlanıb. Kosmik gəminin göyərtəsində olan kosmonavtlar - rusiyalı Aleksey Ovçinin, amerikalılar Nik Heyq və Kristina Kuku Beynəlxalq Kosmik Stansiyada olan astronavtlar rusiyalı Oleq Kononenko, ABŞ və Kanada nümayəndələri Enn Makkleyn və David Sen-Jak qarşılayıblar.


Bildirilir ki, "Soyuz MS-12” Yerin ətrafında dörd dairə vurduqdan sonra (standartlar 34 dairədir) qısa uçuşunu başa çatdırıb. Ovçinin və Heyqin ötən il oktyabrın 11-də Beynəlxalq Kosmik Stansiyaya uçmaq cəhdi uğursuzluqla nəticələnmişdi.


Plana görə, rusiyalı kosmonavtlar Ovçinin və Kononenko martın 29-da, NASA astronavtları isə üç dəfə - martın 22-də, 29-da və aprelin 8-də açıq kosmosa çıxacaqlar. Ən maraqlısı budur ki, tarixdə ilk dəfə olaraq açqı kosmosda iki qadın Enn Makkleyn və Kristina Kuk birlikdə açıq kosmosda olacaqlar. Onlar kosmik stansiyanın günəş batareyalarını dəyişəcəklər.



Xəbər lenti