Xəzər Xəbər

Hindistanda toy yasa döndü: 13 nəfər ölüb

Dünya | 09:30 • 19 Fevral 2019
Hindistanda toy yasa döndü: 13 nəfər ölüb

Zərər çəkənlər arasında gəlinin də olduğu bildirilir.

Hindistanın Racastxan ştatında yük maşınının toy mərasimi iştirakçılarını vurması nəticəsində 13 nəfər ölüb, daha 15-i yaralanıb.

NDTV xəbər verir ki, hadisə ştatın paytaxtı Caypurdan 417 km məsafədə yerləşən Pratapqarx dairəsindən keçən yolda qeydə alınıb.

Telekanalın məlumatına görə, yük maşını yol kənarı boyunca mahnı sədaları altında rəqs edərək gedən zaman, onların üzərinə sürülüb.

Zərər çəkənlər arasında gəlinin də olduğu bildirilir.(report.az)


Xəbər lenti

Çox oxunanlar