Xəzər Xəbər

"Böyük iqtisadi əməkdaşlıq planlaşdırırıq" - Zərif

Dünya | 13:12 • 17 Fevral 2019
"Böyük iqtisadi əməkdaşlıq planlaşdırırıq" - Zərif

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif İraq Kürd Regional Rəhbərliyinin (İKRR) Təhlükəsizlik Agentliyi üzrə müşaviri Məsrur Bərzani ilə görüşüb.

Görüşdən sonra mediaya açıqlama verən Zərif Bərzani ilə İKRR və İraq arasındakı ikili münasibətlər, İKRR-də hökumət qurulması, parlamentin açılması, həmçimin Suriya və regional məsələləri müzakirə etdiklərini bildirib:

"Sərbəst ticarət və sənaye bölgələrinin yaradılmasını müzakirə etdik. Bunun İraq və İranla yanaşı, İKRR üçün də faydalı olacağını düşünürəm. İran İraq və İKRR ilə daha böyük iqtisadi əməkdaşlıq planlaşdırır”.

Xəbər lenti