Xəzər Xəbər

“Məqsəd ölkəni bölüşdürmək idi” – Moskva görüşünün HƏDƏFİ MƏLUM OLDU

Dünya | 14:42 • 26 Yanvar 2019
“Məqsəd ölkəni bölüşdürmək idi”

Türkiyə və Rusiya prezidentləri – Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin yanvarın 23-də keçirilən Moskva görüşü Suriyada təsirin zonalarının bölüşdürülməsi üçün nəzərdə tutulmuşdu.

Bu haqda Avstriyanın "Der Standard” nəşrinin jurnalisti Andre Ballen yazıb.

"Bunun arxasında gizlənən hesablama aydındır: Türkiyə Suriyanın şimalında öz mövcudluğunu gücləndirmək istəyir. Rusiya Rusiyanın təhlükəsizliklə bağlı narahatlığını anlayır, ancaq həmrəylikdə sərhədlər dardır. Kürdlərdən İŞİD-də qarşı mübarizədə istifadə etmiş Kreml hələ ki regionda Türkiyənin böyük hücum əməliyyatına mənfi yanaşır”, - o deyib.

Andre Ballen qeyd edib ki, Ərdoğan və Putin terrorizmə qarşı birgə mübarizəni elan etsələr də, hər iki tərəf terrorçuların siyahısına müxtəlif qruplaşmaları daxil edir.

Jurnalistin sözlərinə görə, Moskva görüşü ona işarə deyildi ki, bu məsələdə nəsə dəyişəcək.

"Putin mətbuat konfransında heç bir vəd vermədi. Suriyada türk təsirinin genişlənməsi rusiyalıların xeyrinə deyil, axı onların müttəfiqi Bəşər Əsəd hazırda yəhərdə yenidən bərk oturur”, – jurnalist yekunlaşdırıb./publika.az

Xəbər lenti