Xəzər Xəbər

Əfqanıstanda QORXUNC PARTLAYIŞ - Ölən və yaralılar var

Dünya | 14:16 • 26 Yanvar 2019
Əfqanıstanda QORXUNC PARTLAYIŞ - Ölən və yaralılar var

Əfqanıstanın şimal-şərqindəki Bağlan vilayətində voleybol meydançasında baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 20 nəfər yaralanıb.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Hadisənin başvermə səbəbi müəyyənləşdirilir. Partlayış radikal "Taliban" hərəkatının nəzarət etdiyi ərazidə baş verib.

Hazırda partlayışa görə heç kim məsuliyyəti üzərinə götürməyib.

Eyni zamanda "1TVnews" telekanlı ölkənin Silahlı Qüvvələrinin 209-cu korpusunun bəyanatına istinad edərək bildirib ki, partlayışda ölənlərin hamısı "Taliban" yaraqlısı olub və onlar arasında hərəkatın bu bölgə üzrə əsas komandiri də var. Məlumata görə, 5 yaraqlı və 6 dinc sakin yaralanıb.

Xəbər lenti

Çox oxunanlar