Xəzər Xəbər

Qətər Səudiyyə qarşısında boyun əymədiyini sübut etdi

Dünya | 13:09 • 11 Dekabr 2018
Qətər Səudiyyə qarşısında boyun əymədiyini sübut etdi
Yaxın Şərqdə Qətərlə Səudiyyə Ərəbistanı arasında gərginlik davam edir. Belə ki, rəsmi Dohanın Səudiyyə kralının boyunduruğu altına girməməsi bu ölkəyə qarşı embarqoların tətbiq olunması ilə nəticələnib.

Qətər 5 iyun 2017-ci il tarixindən etibarən Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) embarqosu ilə qaşılaşıb. Buna baxmayaraq ölkə embarqo dönəmində daha da güclənərək iqtisadiyyatını inkişaf etdirib.

FaktXəbər bildirir ki, Qətərin Mərkəzi Bankının rəhbəri Şeyx Abdullah bin Səud əl-Sani 2017-ci ildə büdcə kəsirinin 13 milyard dollar təşkil etdiyini, bu ilin ilk yarısında isə büdcənin 2.6 milyard dollardan artıq olduğunu açıqlayıb.

"Embarqonun ilk aylarında bankdakı beynəlxalq ehtiyatlar və xarici valyutanın likidliyində 20 faizdən çox geriləmə qeydə alınmışdı. Sonra ölkə toparlanaraq normal səviyyəyə çatıb. Daha sonra bu səviyyəni də keçdik",-deyə əl-Sani paytaxt Dohada keçirilən "Euromoney Qətər 2018" konfransında çıxışı zamanı vurğulayıb./faktxəbər

Xəbər lenti