Xəzər Xəbər

Tramp Kim Çen Ina `vurulduğunu` etiraf edib

Dünya | 13:03 • 1 Oktyabr 2018
Tramp Kim Çen Ina `vurulduğunu` etiraf edib

Sinqapurda Şimali Koreya lideri Kim Çen Inla danışıqlar qarşılıqlı «aşiq olmaqla» nəticələnib.

Bu barədə ABŞ prezidenti Donald Tramp Qərbi Virciniyada çıxışı zamanı bəyan edib.

Tramp deyib ki, əvvəllər o KXDR liderinə qarşı sərt olub və Kim Çen In da ona qarşı eyni cavab verib.Lakin sonradan onların münasibətləri istiləşib.Belə ki, əvvəllər Pxenyan hətta Ağ Evdən olan zənglərə cavab vermirmiş.

«Lakin sonradan bi-birimizə vurulduq. Yalandan. O mənə gözəl məktublar yazırdı», - deyə Tramp bildirib.

Xatırladaq ki, iyunun 12-də Sinqapurda Donald Tramp və Kim Çen Inın ilk görüşü baş tutub. Yekunda ABŞ prezidenti bəyan etmişdi ki, Pxenyanla tam təfərrüatlı saziş imzalayıb və Koreya yarımadasının nüvəsizləşdirilməsi prosesi çox çürətli olacaq.

Kim Çen In öz tərəfindən böyük dəyişikliklər olacağını bəyan eləmiş və birgə bağlanan sənədi «iki ölkə arasında münasibətlərin yeni startı» adlandırmışdı./faktxəbər

Xəbər lenti