Xəzər Xəbər

İndoneziyada 5,1 bal gücündə yeni zəlzələ

Dünya | 12:29 • 1 Oktyabr 2018
İndoneziyada 5,1 bal gücündə yeni zəlzələ

Oktyabrın 1-də İndoneziyanın Sulavesi adasında 5,1 bal gücündə yeni zəlzələ olub.

Yeraltı təkanların episentri 282 min nəfərin yaşadığı Palu şəhərindən 101 kilometr şimal-qərbdə, ocağı isə yer səthindən 10 kilometr dərinlikdə yerləşib.

Təbii fəlakət nəticəsində zərər çəkənlər və dağıntılar olub-olmadığı barədə hələlik məlumat verilmir.

Xatırladaq ki, sentyabrın 28-də Mərkəzi Sulavesi əyalətində 7,5 bal gücündə zəlzələ və sonrakı iki sutka ərzində 170-ə yaxın yeraltı təkan baş verib. Son məlumata əsasən, zəlzələ və 3-5 metr hündürlüyündə sunami nəticəsində 1,2 min nəfərdən çox insan həyatını itirib, yüzlərlə insan isə xəsarət alıb. Zəlzələdən zərər çəkən bölgələrdə minlərlə ev dağılıb, 16 min nəfər öz evlərini tərk etmək məcburiyyətində qalıb. Ölənlərin sayının artacağı istisna olunmur./Azərtac

Xəbər lenti