Xəzər Xəbər

Qətər dövləti Türkiyəyə 15 milyard dollar sərmayə yatıracaq

Dünya | 10:30 • 16 Avqust 2018
Qətər dövləti Türkiyəyə 15 milyard dollar sərmayə yatıracaq

Qətər dövlətinin əmiri Şeyx Təmin bin Həməd Al Sani Türkiyəyə səfəri çərçivəsində Ankarada Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.

Türkiyə Prezidentinin müşaviri İbrahim Kalın görüşün nəticəsi ilə bağlı açıqlama yayıb. İ.Kalın bildirib ki, Qətər dövləti Türkiyəyə 15 milyard ABŞ dolları sərmayə yatıracaq. "Türkiyə güclənərək mövcud vəziyyətdən çıxacaq”,- deyə müşavir vurğulayıb .

Xəbər lenti

Çox oxunanlar