Xəzər Xəbər

Tramp Obamanın ABŞ-ın düşmənlərinə qarşı qərarını ləğv etdi

Dünya | 10:33 • 16 Avqust 2018
Tramp Obamanın ABŞ-ın düşmənlərinə qarşı qərarını ləğv etdi
ABŞ prezidenti Donald Tramp Vaşinqtonun ABŞ-ın düşmənlərinə qarşı kiber hücumlar həyata keçirməsinə icazə verən bir sıra vəziyyət və şərtləri ləğv edən fərman imzalayıb.


"The Wall Street Journal”ı xəbər verir ki, Trampın sələfi Barak Obamanın qəbul etdiyi qərarda ABŞ hökumətinin öz düşmənlərinə qarşı nə vaxt və hansı şəraitlərdə kiber hücum etmək hüququna malik olduğu əks edilib. 2012-ci ildə qəbul olunan sənəd məxfi xarakterlidir, lakin ABŞ xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Edvard Snouden sənədin mətnini ələ keçirərək ictimailəşdirib.


"The Wall Street Journal” yazır ki, Obama administrasiyası elektron casusluq üzrə əmliyyatların pozulmaması üçün kiber hücumları olduqca həssas və diqqətlə həyata keçirməyi planlaşdırıb. Lakin Trampın qərarı ilə digər dövlətlərə qarşı Amerikaya kiber hücumlar təşkil etmək hüququ verən bəzi şərtlər dəyişdirilib. Məxfilik səbəbindən Trampın sənəddəki məhz hansı müddəa və şərtləri dəyişdirmək niyyətində olduğu bilinmir. Amma Obama kiber hücum məsələsində nisbətən ehtiyatlı və yumşaq mövqeyə malik olduğundan, Trampın ABŞ düşmənlərinə qarşı daha sərt şərtlər irəli sürdüyü güman edilir. /azvision.az

Xəbər lenti